Xəbər lenti

AYNA
Ekonomiks 21:57 01.12.2025

AYNA "Sülh"lə 436 min manatlıq müqavilə imzalayacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Sülh" Firması ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət AYNA-nın balansında olan xidməti minik avtomobillərinin ehtiyat hissələrinin alınması və təmiri xidmətinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 436 389,96 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Sülh” Firması 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Güləliyev Vidadi Haxverdi oğludur. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->