Xəbər lenti

Ekonomiks 11:59 01.02.2024

Aysel Süleymanova işdən çıxdı

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb.

Bu barədə "Qafqazinfo”ya Süleymanovanın özü məlumat verib.

O bildirib ki, alternativ iş təklifi aldığına görə işdən çıxıb: "Dünən AZAL-da sonuncu iş günüm idi. Alternativ iş təklifi aldığıma görə işdən uzaqlaşmışam”. 

Xatırladaq ki, A.Süleymanova bu vəzifəyə 2023-cü ilin sentyabrında təyin edilmişdi.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?