Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov "FIFA Series - 2026" turniri çərçivəsində Sent-Lüsiyaya qarşı keçirilən və 6:1 hesablı tarixi qələbə ilə başa çatan oyundan sonra mətbuat konfransında çıxış edib.
Qaynarinfo xəbər verir ki, mütəxəssis həm oyun, həm də gələcək planlar barədə fikirlərini bölüşüb.
Abbasov çətin hava şəraitinə baxmayaraq azarkeşlərin dəstəyini xüsusi vurğulayıb: "İlk dəqiqələrdən qol vurmaq istəyirdik və buna nail olduq. Heyətdə yeni simalar var idi, onlara şans vermək bizim üçün əla fürsət oldu".
Milli komandanın tarixindəki ən böyükhesablı qələbəyə də toxunan baş məşqçi, meydanda xüsusi bir rekord hədəfləmədiklərini, sadəcə hücum futbolu oynamağa çalışdıqlarını qeyd edib. O, həmçinin qarşıdakı rəqibin (Syerra-Leone) daha güclü olduğunu bildirərək, UEFA Millətlər Liqasındakı hədəflərin ciddi olduğunu xatırladıb.
Şərhlər