Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.
8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.
DÇ-2026
Seçmə mərhələ
V tur, D qrupu
13 noyabr
21.00 Azərbaycan - İslandiya 1:1
Azərbaycan: 12. Aydın Bayramov, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 8. Emin Mahmudov, 20. Abdulah Xaybulayev, 3. Rüfət Abbasov, 7. Toral Bayramov, 19. Xəyal Əliyev, 10. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 33. Rza Cəfərov, 1. Səlahət Ağayev, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 9. Renat Dadaşov, 15. Bədavi Hüseynov, 16. Coşqun Nuriyev, 17. Rüfət Abdullazadə, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 22. Anatoli Nuriyev, 11. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Ayxan Abbasov.
İslandiya: 1. Elias Rafn Olafsson, 14. Mikael Egill Ellertsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Plasson, 9. Hakon Arnar Haraldsson, 8. İsak Berqmann Yohannesson, 7. Yohan Qudmunsson, 20. Kristian Hlinsson, 10. Albert Qudmunsson, 22. Andri Qudyonsen.
Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 6. Gisli Tordarson, 11. Yon Daqur Torsteynsson, 15. Brinyolfur Villumsson, 16. Stefan Tordarson, 17. Aron Qunnarsson, 18. Andri Baldursson, 19. Byarki Byarkason, 21. Daniel Qudyonsen, 23. Hordur Maqnusson.
Baş məşqçi: Arnar Qunnlauqsson.
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro).
VAR: Momçilo Markoviç (Serbiya).
AVAR: Aleksandar Jivkoviç (Sebiya).
"Neftçi Arena".
Şərhlər