Xəbər lenti

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda (FOTO)
İdman 11:45 16.06.2026

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda (FOTO)

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Türkiyənin "Vanspor" klubu 27 yaşlı təcrübəli yarımmüdafiəçinin transferini rəsmən ictimaiyyətə açıqlayıb. Tərəflər ikiillik rəsmi müqaviləyə imza atıblar.

Qeyd edək ki, Ozan Can Kökçü futbolun sirrlərini Niderlandın "Qroningen" və "Feyenoord" klublarında öyrənib. Daha sonra Türkiyənin "Bursaspor", "Giresunspor", Niderlandın "Vaalvayk", "Telstar", "Eyndhoven", Finlandiyanın HİK və Azərbaycanın "Sabah" klublarında çıxış edib. Onun son iş yeri Niderlandın "Volendam" klubu olub. O, Azərbaycanın əsas millisində 6 oyun keçirib.

Aydın
 

--> -->