Xəbər lenti

Azərbaycan neftinin qiyməti 95 dolları keçdi
Ekonomiks 09:44 12.03.2026

Azərbaycan neftinin qiyməti 95 dolları keçdi

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,09 ABŞ dolları və ya 5,63 % artaraq 95,43 ABŞ dolları təşkil edib.

Qaynarinfo xəbər verir ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 91,46 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,07 ABŞ dolları və ya 5,87 % artaraq 91,40 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
--> -->