Xəbər lenti

Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra işdən çıxarıldı
Ölkə 21:53 11.03.2026

Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra işdən çıxarıldı

Gəncədə məktəb direktoru işdən çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub.

Məlumata əsasən, Mehriban Mahmudovaya üç töhmət verilib.
Direktor vəzifəsinin müvəqqəti icrası isə Aygün Abbasovaya həvalə edilib.

Qeyd edək ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.
--> -->