2026-cı ilin əvvəlində Bakının daşınmaz əmlak bazarında ən yüksək aktivlik şəhərin mərkəzi rayonlarında müşahidə olunur
Bu barədə BAKU.WS-ə məlumat verən Vüqar Oruc bildirib ki, xüsusilə Səbail rayonu, Yasamal rayonu və Nəsimi rayonu fevral ayında da bazarın ən aktiv zonaları olaraq qalır.
Onun sözlərinə görə, bu rayonların mərkəzi ərazilərdə yerləşməsi, inkişaf etmiş biznes və xidmət infrastrukturu, həmçinin yeni tikinti layihələrinin investisiya baxımından cəlbedici olması qiymətlərin daha sürətli artmasına səbəb olub:
"Xüsusilə Səbail rayonunda torpaq sahələrinin məhdudluğu və premium seqmentin payının yüksək olması qiymətlərin daha dinamik artmasına təsir edir".
| İnzibati rayon |
Yeni tikili |
Köhnə tikili |
Kotlovan |
| Nərimanov |
+0.9 % |
+0.7 % |
+1.1 % |
| Yasamal |
+1.0 % |
+0.8 % |
+1.2 % |
| Binəqədi |
+0.8 % |
+0.6 % |
+1.0 % |
| Xətai |
+0.9 % |
+0.7 % |
+1.1 % |
| Sabunçu |
+0.8 % |
+0.7 % |
+1.0 % |
| Səbail |
+1.1 % |
+0.9 % |
+1.3 % |
| Nəsimi |
+1.0 % |
+0.8 % |
+1.2 % |
| Qaradağ |
+0.6 % |
+0.6 % |
+0.8 % |
| Suraxanı |
+0.7 % |
+0.7 % |
+0.9 % |
| Pirallahı |
+0.5 % |
+0.4 % |
+0.6 % |
| Nizami |
+1.0 % |
+0.8 % |
+1.1 % |
| Xəzər |
+0.7 % |
+0.6 % |
+0.8 % |
Şərhlər