Xəbər lenti

İdman 12:37 06.04.2024

Azərbaycan Premyer Liqasında bu gün daha iki matç baş tutacaq

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tur çərçivəsində daha iki oyun keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, günün ilk matçı Tovuzda baş tutacaq. "Turan Tovuz" doğma meydanda "Sabah"ı qəbul edəcək. 

İkinci görüşdə "Qarabağ" "Səbail"lə qarşılaşacaq. 

Azərbaycan Premyer Liqası, 29-cu tur

6 aprel

16:00. "Turan Tovuz" – "Sabah"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu.

20:00. "Qarabağ" – "Səbail"

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tofiq Bəhramov adına Respublika stadionu.

Turun ötən gün baş tutan matçında aşağıdakı nəticə qeydə alınıb.

"Araz-Naxçıvan” - "Kəpəz” 1:2 

"Qarabağ” - 69, "Neftçi” - 43, "Zirə” - 42, "Sumqayıt” - 42, "Sabah” - 40, "Səbail” - 38, "Turan Tovuz” - 36, "Araz-Naxçıvan” - 32, "Kəpəz” - 30, "Qəbələ” - 16

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->