Siyasət 12:21 29.11.2023

Azərbaycan və Ermənistan baş nazir müavinləri Qazaxda görüşəcək

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə görüşəcək.

Qaynarinfo xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq.