Xəbər lenti

Azərbaycana gətirilən 6.12 ton antep fıstığı məhv ediləcək (FOTO)
Ölkə 19:20 30.10.2025

Azərbaycana gətirilən 6.12 ton antep fıstığı məhv ediləcək (FOTO)

İdxal olunan antep fıstığı məhsulu partiyası ilə bağlı müvafiq qərar qəbul edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki,  Agentliyin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı "Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi "SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->