Xəbər lenti

Yaşlı kişinin pul kisəsini alıb qaçan şəxs həbs edildi
Ölkə 17:55 30.10.2025

Yaşlı kişinin pul kisəsini alıb qaçan şəxs həbs edildi

Bakıda yaşlı kişinin pul kisəsini əlindən alıb qaçan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1974-cü ildə Bakı şəhərində anadan olmuş M.B. barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, 5-6 aydır işsiz olan M.B. maddi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlib. O, spirtli içki qəbul etdikdən sonra gecə saat təxminən 00:40 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti 28 ünvanının yaxınlığında olarkən yaşlı kişinin məhəllədə gəzdiyini görüb. 

Həmin şəxsə yaxınlaşaraq ondan siqaret istəyib. Zərərçəkmiş isə siqareti olmadığını bildirib və bundan sonra o, həmin şəxsdən bir manat pul istəyib. Zərərçəkən ona vermək istəyərkən pul kisəsini əlindən alaraq qaçmağa başlayıb. 

O, zərərçəkmiş şəxsə 250 manat maddi ziyan vurub.
 
Məhkəmənin hökmü ilə M.B. 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->