"Əslində qızılın qiyməti artmır, kağız pullar ucuzlaşır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov 2027-ci ildə qızılın qiymətinin ucuzlaşacağı ilə bağlı Dünya Bankının hesabatına aydınlıq gətirərkən deyib. Əkrəm Həsənov qızılın qiymətinin düşməyəcəyini xatırladıb:
"Qızılın qiyməti yalnız artacaq. Kağız pullar ucuzlaşır. Dollar, avro və s. fərqi yoxdur. Niyəsi də bəllidir”.
Əkrəm Həsənov dünyada qızılın miqdarının məhdud olduğunu diqqətə çatdırıb:
"Eyni zamanda indiki miqdarı sabitdir. Pulun hasilatı sabit deyil, qızılın isə hasilatı eynidir. Dünyanın Mərkəzi Bankları dollar, avro çap edirlər. Bir şey çox olanda onun qiyməti düşür. Qızılın qiyməti yüksələn xətlə gedəcək”.
Qeyd edək ki, Dünya Bankının hesabatına görə, qızılın orta qiyməti 2025-ci ildə 3400 dollar təşkil edəcək. Bu il qızılın orta qiyməti 42,4% faiz artacaq.
Dünya Bankı 2026-cı il üzrə qızılın bir troya unsiyasının qiymətinin 5,1% artaraq 3575 dollara yüksələcəyini, 2027-ci ildə isə 5,6% ucuzlaşaraq 3375 dollara enəcəyini proqnozlaşdırıb.
Bahar Rüstəmli
Şərhlər