Xəbər lenti

Azərbaycana milyonlar qazandıran xarici ölkə vətəndaşları - RƏQƏMLƏR
Ekonomiks 10:17 13.08.2025

Azərbaycana milyonlar qazandıran xarici ölkə vətəndaşları - RƏQƏMLƏR

2025-ci ilin ilk yarısında xarici turistlərin Azərbaycanda xərcləri açıqlanıb.

Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində çəkdikləri xərclərin həcmi 1 milyard 539 milyon 782,2 min manat olub.

Rəsmi statistikaya əsasən, qeyd olunan məbləğdə ən böyük pay Rusiya Federasiyasına məxsus olub. Bu ölkədən gələn turistlərin xərcləri 421 milyon 920,4 min manat təşkil edib. 2-ci yerdə 230 milyon 401,5 min manatla Hindistan qərarlaşıb. 3-cü yerdə xərclərin çoxluğuna görə 164 milyon 961,3 min manatla Türkiyə gəlib.

Siyahıda növbəti yerləri 78 milyon 451,0 min manatla Səudiyyə Ərəbistanı, 62 milyon 713,5 min manatla Qazaxıstan, 54 715,4 manatla Pakistan 
41 milyon 082,7 min manatla İsrail və 39 milyon 935,4 min manatla Çin tutub.

Qeyd edək ki, siyahı ölkəyə səfər edən əcnəbilərin çəkdikləri xərclərin həcminə görə uzanır.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->