Qırğızıstan və Özbəkistan sərhədindəki "Otukçu" keçid məntəqəsi müvəqqəti bağlanıb.
"Report” xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb.
Bununla əlaqədar vətəndaşlar saat 07.00-dan 23.00-dək fəaliyyət göstərən "Apkan" sərhəd məntəqəsinə yönləndiriləcəklər.
Keçid məntəqəsi güclü su axınları nəticəsində "Otukçu" və "Tul" keçid məntəqələri arasındakı körpünün dayaqlarının yuyulması ilə əlaqədar olaraq bağlanıb.
Şərhlər