Xəbər lenti

Azərbaycanda futbol klubu 400 min manata satıldı
İdman 15:10 25.07.2026

Azərbaycanda futbol klubu 400 min manata satıldı

"Cəbrayıl" növbəti mövsümdə I Liqada çıxış etməyəcək. "Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynovla Şahin Məmmədovun həmtəsisçisi olduğu klub satılıb.

Qaynarinfo Futbolinfo.az-a istinadən xəbər verir ki, sözügedən şəxslər klubu gəncəli iş adamlarına satıblar. "Gəncəbasar" futbol klubu məhz "Cəbrayıl"ın hüquqi varisi olacaq. Tərəflər 400 min manata bazarlıq ediblər. Gəncəli iş adamları hüquqi sənədləri sahmana saldıqdan sonra komandanın adı dəyişdiriləcək.

"Gəncəbasar"ın idarəçiləri tanınmış "Kəpəz"in İdarə Heyətinin sabiq sədri - ötən mövsümün əvvəlində istefaya gedən Namiq Qədirov və sabiq icraçı direktor İlqar Nadiri olacaqlar.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->