Xəbər lenti

İdman 18:08 26.07.2026

"Qarabağ"ın legioneri bu kluba keçməyəcək

"Qarabağ"ın futbolçusu Mateus Silva APOEL-ə keçməyəcək.

Sportal.az saytına verilən məlumata görə, braziliyalı futbolçuya bir çox klublardan, həmçinin Cənubi Kipr nəhəngindən maraqlı olub.

Lakin braziliyalı futbolçu "Qarabağ”da qalmaq qərarı verib. Ona görə də, APOEL geri çəkilib.

Silvanın "Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2023-cü ildə "Lokomotiv”dən (Plovdiv) "Qarabağ”a keçib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->