Xəbər lenti

Azərbaycanın qeyri-neft-qaz ixracından gəlirləri nə qədər olub? (VİDEO)
Video 18:40 28.06.2026

Azərbaycanın qeyri-neft-qaz ixracından gəlirləri nə qədər olub? (VİDEO)

Bu ilin ilk 4 ayının statistikasına əsasən qeyri neft-qaz ixracı 4.4 dəfə artaraq 4 milyard 698 milyon dollar olub. Artımın əsas hissəsi işlənməmiş, yaxud yarıişlənmiş və eləcə də toz şəkilində qızılın payına düşür. Belə ki, statistik rəqəmlərə əsasən Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib.

İqtisadçı Eldəniz Əmirov deyir ki, Azərbaycanın 2026-cı ilin ilk 4 ayı ərzində hasil etdiyi qızılın həcmi 826 kq olub ki, bu da təxminən 111-115 milyon dollar vəsait edir.

Qızıldan başqa ciddi artım şəkərdə müşahidə olunur. Belə ki, ixracatı 4.2 dəfə artan şəkər ölkəyə 37.5 milyon dollar, 2.6 dəfə artan pambıq ipliyinin 16.4 milyon dollar, 2.1 dəfə artan kartof isə 4 milyon dollara yaxın valyuta gətirib.

Vətəndaşı maraqlandıran statistik rəqəmlərdan daha çox, ixracın ona verə biləcəyi faydadır.

Eldəniz Əmirov deyir ki, burada fayda ixrac artdıqda dövlətin bu gəliri idxala yönəltməsidir. Nəticədə vətəndaşlar daha geniş çeşidli məhsullara sahib olur.

Ümumi olaraq qızıldan sonra qeyri neft-qaz sektorunda ölkəyə ən çox valyutanı təzə meyvə məhsulları gətirib. Məhsullardan biri də 92.7 milyon dollar ixrac payı ilə pambıq lifidir.//Xəzəe Tv

--> -->