“Neftçi” heyətini Niderland futbolunun yetirməsi olan Maruan Azarkanla gücləndirə bilər.
Qaynarinfo-nun xarici mediaya istinadən yaydığı məlumata görə, 24 yaşlı hücumçu ilə Bakı klubunun rəhbərliyi arasında danışıqlar davam edir.
Mərakeş əsilli futbolçu əsasən sağ cinahda çıxış edir. O, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan ayrıldıqdan sonra hazırda azad agent statusundadır.
Tərəflər arasında hələ yekun razılaşma əldə olunmayıb. Buna baxmayaraq, “Neftçi”nin Azarkanı transfer etmək şansı yüksək qiymətləndirilir. Buna səbəb futbolçuya hazırda başqa rəsmi təkliflərin daxil olmamasıdır.
Maruan Azarkan peşəkar karyerasına “Feyenoord” sistemində başlayıb. O, 2024-cü ildə “Utrext”dən 1 milyon avro qarşılığında “Əl-Nəsr”ə transfer olunub. O, həmçinin Niderlandın "Ekselsior" və "Breda" klublarında çıxış edib, ölkənin U-19 millisinin də formasını geyinib.
Şərhlər