Xəbər lenti

Bakı metrosunda nə baş verib?
Ölkə 10:13 14.11.2025

Bakı metrosunda nə baş verib?

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasına bitişik olan yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.

Qaynarinfo səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə stansiyanın giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

"Cəfər Cabbarlı" və "28 May" stansiyalarının, həmçinin "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->