Xəbər lenti

Bakı Vağzalından qatarların hərəkətinə məhdudiyyət qoyulacaq? - Körpüdə çatlar yaranıb... (VİDEO)
Video 16:28 03.12.2025

Bakı Vağzalından qatarların hərəkətinə məhdudiyyət qoyulacaq? - Körpüdə çatlar yaranıb... (VİDEO)

Bakının Nəsimi rayonunda yerləşən və qatarların hərəkəti üçün nəzərdə tutulan körpülərdən birində təhlükəli çatlar əmələ gəlib.

Qaynarinfo xəbər verir ki, söhbət "Trump Tower" və "Excelsior" otellərinin yaxınlığında yerləşən körpüdən gedir. Artıq mütəxəssislər sözügedən körpüdə sürüşməyə görə araşdırmaya başlayıblar. 

Sürüşmənin davam edib-etmədiyini müəyyən etmək üçün çat olan hissələrə kağız parçası yapışdırılıb. İddia olunur ki, sürüşmə davam edərsə, Bakı Dəmiryol Vağzalından qatarların regionlara gediş-gəlişinə müəyyən vaxta qədər məhdudiyyət qoyula bilər.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya bildirilib ki, "Bakı sərnişin-Keşlə sahəsinin 2 km-də yerləşən körpünün konstruksiyasında, yükdaşıma elementlərində heç bir problem yoxdur. Körpü tikilərkən həmin ərazinin abadlaşdırılması çərçivəsində aidiyyəti qurum tərəfindən o cümlədən aqlaylama işləri görülüb".


 
Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->