Xəbər lenti

Bakıda məşhur zavod kapitalından 16 milyon geri çəkdi
Ekonomiks 18:06 21.01.2026

Bakıda məşhur zavod kapitalından 16 milyon geri çəkdi

"Bakı Neft Maşınqayırma Zavodu" ASC nizamnamə kapitalını 16 099 900 manat azaldıb. 

Valyuta.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı azalaraq 100 manat təşkil edib.

Beləliklə, şirkətin nizamnamə kapitalı 16 milyon 100 min manatdan 100 manata endirilib. 

Xatırladaq ki, şirkət 2018-ci ildə də nizamnamə kapitalını azaldıb. Belə ki, həmin vaxt kapital 16 milyon 100 000 manatdan endirilərək 12 milyon 536 min 598 manat olub.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Vəliyev Exan Eldar oğludur. Sözügedən şirkət 2010-cu ildə yanvarın 5-də yaradılıb.

--> -->