Xəbər lenti

Bakıda şadlıq sarayında yumruq davası: 1200 manat cərimə
Ölkə 19:53 31.10.2025

Bakıda şadlıq sarayında yumruq davası: 1200 manat cərimə

Bakıda şadlıq sarayının həyətində ona baxan şəxsi yumruqla vurmuş şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən "Elux” şadlıq sarayında baş verib. Toyda iştirak edən 1977-ci il təvəllüdlü Ceyhun Qənbərov, yemək və içki sonrası təxminən saat 23:00 radələrində çöldə Rauf adlı zərərçəkmişə baxdığını görüb.

İçkili vəziyyətdə olan Ceyhun yüksək səslə Raufdan nə üçün ona baxdığını soruşub. Rauf baxmadığını bildirib. Bununla da Ceyhun onun üzərinə gedərək bir dəfə yumruqla sifətinə zərbə vurub.

Nəticədə zərərçəkmişin sağ gözaltı nahiyəsində qançır, sağ gözün ağlı qişasında qansızma və digər yüngül xəsarətlər yaranıb. Hadisə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə qiymətləndirilib.

Məhkəmə Ceyhunu təqsirli bilib və 1200 manat məbləğində cərimə cəzasına məhkum edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->