30 oktyabr 2025-ci il tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Bəxtiyarıq” adlı ədəbi-bədii tədbir keçirilib.
	
Qaynarinfo xəbər verir ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyəti paylaşım edib. Tədbir Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
 
	
Gecədə Mədəniyyət Mərkəzinin "Niyal” instrumental ansamblı və Xalq teatrının üzvləri çıxış edərək Bəxtiyar Vahabzadənin poeziyası əsasında yazılmış mahnılar, şeirlər və "Gülüstan poeması” əsasında hazırlanmış "Kölgə səhnəsi”ni tamaşaçılara təqdim ediblər.
	
Həmçinin, tədbirin sonunda İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Mədəniyyət Mərkəzinin direktoru Teymur Əzizli və Əməkdar mədəniyyət işçisi, "Tərəqqi” medallı Sahibə Abdullayeva çıxış edərək tədbirin hazırlanmasında əməyi keçən bütün əməkdaşlara təşəkkürlərini bildiriblər. Sonda xatirə şəkli çəkilib.
	
                        
                        
             
            
Şərhlər