Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü çərçivəsində birgə bəyanat qəbul edilib.
Qaynarinfo xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Baş nazir Əli Əsədov deyib.
Birgə bəyanatın qəbulundan sonra görüş başa çatıb.
11.11
Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilir.
Qaynarinfo xəbər verir ki, tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin hökumət başçıları, Türkiyənin Vitse-prezidenti, həmçinin TDT-nin Baş katibi iştirak edir.
Görüşdə iqtisadi əlaqələr və nəqliyyat-logistika məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Xatırladaq ki, TDT-yə üzv dövlətlərin hökumət başçılarının ilk iclası ötən il sentyabrın 18-də Qırğızıstanda keçirilib.
Şərhlər