Xəbər lenti

Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Ekonomiks 12:51 02.04.2026

Yelo Bank 6 nominasiya üzrə qalib seçildi

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi olaraq keçirilən "Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib. Yelo Bank-ın ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA tərəfindən yüksək qiymətləndirilib.

 

 

Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:

 

* Korporativ sosial məsuliyyət;

Maliyyə savadlılığı dəstəkçisi;

Təhsil dəstəkçisi;

Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;

Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;

Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).

 

 
 
 
 
Yelo Bank üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz hissəsidir.

Tecili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappyelo.azhesablarımızı ziyarət edin.

--> -->