Xəbər lenti

Azərbaycan neftinin qiyməti 131 dollardan aşağı düşdü
Ekonomiks 09:37 02.04.2026

Azərbaycan neftinin qiyməti 131 dollardan aşağı düşdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.56 ABŞ dolları və ya 1.17% azalaraq 130.79 ABŞ dolları olub.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 128,46 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 132.35 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
--> -->