Dünya 15:50 23.04.2023

Baltikyanı ölkələr Çinlə bağlı ortaq qərar qəbul etdi

Litva, Latviya və Estoniya Çinin Fransadakı səfiri Liu Şayenin bəyanatlarına aydınlıq gətirmək üçün öz ölkələrindəki Çin diplomatik nümayəndələrini Xarici İşlər Nazirliyinə çağırmaq barədə ortaq qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə bazar günü BNS agentliyi məlumat yayıb.

Litva Xarici İşlər Nazirliyinin sözçüsü Paulina Levickite "Çin nümayəndələrini bazar ertəsi XİN-ə çağırmaq üçün belə razılaşdırılmış qərar qəbul edilib", deyib.

Cümə günü Fransanın LCI kanalı öz "Twitter" səhifəsində Krımın statusunu şərh edən Liu Şaye ilə müsahibədən sitat yayıb: "Hətta keçmiş SSRİ ölkələrinin beynəlxalq hüquqa görə faktiki statusu yoxdur. Çünki onların suveren dövlət statusunu müəyyən edən heç bir beynəlxalq müqavilə imzalanmayıb".

Aydın