Azərbaycanın Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manatdan 13750 manata qaldırılıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” və "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” fərmanda edilən dəyişiklikdə əksini tapıb.
Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12 650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı isə 12100 manat müəyyən edilib.
Bundan başqa, Mərkəzi Seçki Komissiyası sədrinin aylıq vəzifə maaşı artırılıb. İndiyədək 3 060 manat vəzifə maaşı alan MSK sədrinin yeni məvacidi 12 000 manat təşkil edəcək.
Qeyd edək ki, Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
Şərhlər