Xəbər lenti

Bayden Tramp haqqında danışdı:
Dünya 18:37 08.11.2025

Bayden Tramp haqqında danışdı: "Mən əsəbiləşirəm"

ABŞ-ın keçmiş prezidenti Co Bayden hazırkı ABŞ lideri Donald Trampın hərəkətlərinin ölkə üçün rüsvayçılıq olduğunu bildirib. 

HİT.az xəbər verir ki, o, bu barədə Nebraskada Demokratlar Partiyasının təntənəli qəbulunda danışıb.

"Cənab Prezident, başa düşməyinizi istəyirəm ki, siz bizim üçün işləyirsiniz, biz sizin üçün yox. Siz yalnız milyarderlər və milyonerlər üçün deyil, bizim üçün işləyirsiniz. Mən əsəbiləşirəm", deyə Bayden bildirib.

Keçmiş ABŞ prezidenti ölkənin demokratiya olduğunu və orada kralların ola bilməyəcəyini xatırladıb. O, Trampın hərəkətlərinin bir ölkə kimi ABŞ üçün rüsvayçılıq olduğunu bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->