Xəbər lenti

Baydenin ağır xəstəliyinin təfərrüatları açıqlandı
Dünya 13:17 27.07.2026

Baydenin ağır xəstəliyinin təfərrüatları açıqlandı

ABŞ-ın 83 yaşlı keçmiş prezidenti Co Bayden metastatik xərçənglə mübarizə aparır. 

Qaynarinfo "The Washington Post"a istinadən xəbər verir ki, siyasətçi müalicədən sonra nəzərəçarpacaq dərəcədə zəifləyib.

Jurnalistlərin məlumatına görə, Bayden Ağ Evdəki Oval kabineti tərk etdikdən sonra yaxın çevrəsində - ailə üzvləri, uzunmüddətli dostları və köməkçiləri arasında qalır.

Mənbələr bildirirlər ki, ağır xəstəliklə bağlı müalicə davam edir, bu ona yaxşı təsir edir, lakin müalicənin nəticələri onun gücünü əhəmiyyətli dərəcədə azaldıb.

Mənbələrin məlumatına görə, prezidentlikdən sonrakı 18 ay Bayden üçün xəstəliyin kölgəsində keçib. Getdikcə daha çox vaxt xərçənglə mübarizəyə sərf olunur, qalan vaxtını isə ailəsinə və öz siyasi irsini formalaşdırmaq cəhdlərinə ayırır.

Jurnalistlərin fikrincə, bununla da Ağ Evin keçmiş rəhbəri sələflərindən fərqlənir. Belə ki, onun ictimai çıxış proqramı kifayət qədər məhduddur, hələ genişmiqyaslı xeyriyyə və ya siyasi struktur yaradılmayıb, həmçinin prezident kitabxanası üçün vəsait toplanmayıb.

WP yazır ki, bu amillər onun prezidentlik dövrünün necə xatırlanacağına təsir etmək imkanlarını getdikcə azaldır.

"Yəqin ki, bu payız Baydenin zəifliyini gizlətmək daha çətin olacaq. O, aralıq seçkilərdən iki həftə sonra, noyabrın 17-də nəşri planlaşdırılan memuarlarının tanıtımına başlayacaq. Nəşr vaxtı bəzi dostları və keçmiş məsləhətçiləri narahat edir. Onlar yalnız Baydenin səhhəti ilə bağlı deyil, həm də onun görünən sağlamlıq problemlərinin 2024-cü ildəki kəskin mübahisələri yenidən gündəmə gətirə biləcəyindən ehtiyat edirlər. Bu, demokratların seçkiləri prezident Donald Trampa dair referendum kimi təqdim etməyə çalışdığı bir vaxta təsadüf edir", deyə müşahidəçilər qeyd edirlər.

Daha əvvəl ABŞ-ın keçmiş prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden bildirib ki, xərçəng "sümüklərə metastaz verib" və ehtimal ki, həyat yoldaşı ömrünün sonunadək onkoloji xəstəliklə yaşayacaq.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->