Xəbər lenti

Bayram yarmarkaları - Vətəndaşın və fermerin cibi də
Ekonomiks 15:33 18.03.2026

Bayram yarmarkaları - Vətəndaşın və fermerin cibi də "bayram" edir?

Bayram günlərində təşkil olunan yarmarkalar həm alıcılar, həm də fermerlər üçün vacib hesab olunur. Bu cür yarmarkalar həm də bazarlarda ərzaq məhsullarının qiymətlərinin formalaşmasına da təsir göstərir. Bir çox hallarda yarmarkalarda məhsullar birbaşa fermerdən satıldığı üçün daha ucuz və əlçatan olur.
 
Lakin ekspertlər hesab edirlər ki, yarmarkalar alıcılar üçün sərfəli alış-veriş imkanı, fermerler üçün isə birbaşa satışa şərait yaratsa da, bəzən bu cür yarmarkaların fəaliyyətində də problem yaranır.  

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya bildirib ki, bayram günlərində təşkil olunan yarmarkalar bəzi məhsulların qiymətini nəzarət altında saxlamağa kömək edə bilər:

"Xüsusilə supermarketlərdə və bazarlarda qiymətlər adətən daha yüksək olur, yarmarkalarda isə birbaşa fermerdən alınması səbəbindən məhsullar nisbətən ucuz olur. İnsanlar fərqi hiss edə bilir, çünki eyni məhsul yarmarkada daha sərfəli qiymətə satılır”.
 


"Fermerlər bu yarmarkalardan real qazanc əldə edirmi, yoxsa birbaşa yarmarkalara çıxmaqda çətinlik çəkirlər" sualına cavab olaraq Akif Nəsirli bildirib ki, fermerlər üçün real yarmarkalar həm satış üçün imkan yaradır, həm də birbaşa müştəriyə çatmaqla aradakı vasitəçilərin qazancını azaltmağa kömək edir:

"Lakin yarmarkalara çıxmaq hər zaman asan deyil. Yer tapmaq, logistika və məhsulun keyfiyyətini saxlamaq kimi çətinliklər var. Buna baxmayaraq, bu cür tədbirlər fermerlər üçün real qazanc imkanları təqdim edə bilər və istehlakçılar üçün də qiymətlərin daha məqbul olmasını təmin edir”.

Günay İlqarqızı
--> -->