Xəbər lenti

Belçikalı general: Ukraynadakı müharibənin 2030-cu ilə qədər bitəcəyinə ümid var
Dünya 17:25 18.04.2026

Belçikalı general: Ukraynadakı müharibənin 2030-cu ilə qədər bitəcəyinə ümid var

Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Frederik Vansina bildirib ki, Ukraynada müharibənin 2030-cu ilədək başa çatması mümkündür, lakin bundan sonra Avropa təhlükəsizliyi təmin etmək üçün daha güclü olmalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Soir” nəşrinə müsahibəsində danışıb.

"2030-cu il Avropa üçün çətin dövr olacaq. O vaxta qədər ümid edirik ki, Ukraynada müharibə bitəcək. Rusiya isə hələ də 650 000–700 000 təcrübəli hərbçidən ibarət ordusunu saxlayacaq”, deyə o bildirib.

Generalın sözlərinə görə, 2030-cu ildə məqsəd Rusiyaya, ABŞ dəstəyi olmadan belə Avropaya qarşı müharibədə qalib gələ bilməyəcəyini göstərmək olmalıdır: "Bizim qarşıda hələ bir neçə ilimiz var. Bu vaxtı bizə Ukraynanın cəsarəti və qanı qazandırır. Buna görə də biz onları qətiyyətlə dəstəkləyirik".

O bildirib ki, hazırda Ukraynada müharibə dalana dirənib. Eyni zamanda Rusiyada hərbi iqtisadiyyat fəaliyyət göstərir və gündəlik olaraq hərbi texnika istehsal edilir. Kreml isə aqressiv hərbi ritorikasını davam etdirir və NATO sərhədləri ilə bağlı iddialar səsləndirir.

Generalın sözlərinə görə, Vladimir Putin 1,5 milyon nəfərlik ordu yaratmaq niyyətini açıq şəkildə bəyan edib: "Bu münaqişə bitdikdən sonra Avropa Rusiyanı çəkindirmək üçün kifayət qədər güclü olmalıdır. Bu isə ABŞ ilə mövcud münasibətlərimiz fonunda baş verməlidir”.

Aydın

--> -->