Xəbər lenti

İdman 19:40 17.08.2023

Bellinqem komanda yoldaşlarını bezdiribmiş - Məşhur nəşr yazır

"Borussiya”nın (Dortmund) futbolçularının Cude Bellinqemin "Real” keçidindən məmnun olduqları bildirilir.

Qaynarinfo-nun məlumatına görə bu barədə məşhur alman nəşri "Bild”də yer alan xəbərdə deyilir. Xəbərdə, köhnə komanda yoldaşlarının Bellinqemin Erlinq Halandın kölgəsində qaldığını hiss etdiyinə görə, oyunlardan sonra onlarla salamlaşmaq əvəzinə azarkeşləri təkbaşına alqışlamağa getdiyi bildirilir. Bellinqemdən keçən mövsüm bir neçə dəfə komandaya rəhbərlik etməsi istənilsə də, dostları onun liderlik keyfiyyətlərinin yetmədiyini və əhval-ruhiyyəsinin pis olduğunu hiss ediblər. Bu da heyət üzvləri arasında gərginlik yaradıb. Bəzi oyunçular Bellinqemin bir neçə dəfə komanda yoldaşlarına qarşı yaxşı davranmadığını iddia ediblər. Məlumatda bildirilir ki, 2021-22 mövsümündə UEFA Avropa Liqasında "Borussiya” "Reyncers” tərəfindən mübarizədən kənarlaşdırıldıqdan sonra ingiltərəli komanda yoldaşı Niko Şulsu təhqir edib. Bellinqemin əvvəlki mövsümdə də komanda yoldaşlarına hücum etdiyi və bir çox insidentlər yaratdığı bildirilir. 

"Real”a 103 milyon avroya transfer olunan Bellinqem müəyyən hədəflər yerinə yetirilərsə, daha 30 milyon avro qazanmaq şansına malikdir. Futbolçu La Liqada yeni mövsümün açılışında "Atletik”ə qol vurmağı da bacarıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->