"SoftBank"ın baş direktoru Masayoşi Son süni intellektin gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, "OpenAI" artıq yeni süni intellekt modellərini hazırlamaq üçün mövcud bir süni intellekt modelindən istifadə edir. Yəni yeni texnologiyanı insanlar deyil, yenə süni intellekt özü dizayn edir.
Süni super intellekt roqnozu yaxınlaşdırılıb
Masayoşi Son bildirib ki, bu tendensiya yalnız "OpenAI" ilə məhdudlaşmayacaq, digər böyük texnologiya şirkətləri də eyni yanaşmaya keçəcək. Onun fikrincə, yaxın gələcəkdə mühəndislərin insan səviyyəli intellekti yeni modellərin dizaynı üçün kifayət etməyəcək. Süni intellekt öz növbəti versiyasını özü yaratdıqca, insanlardan qat-qat daha güclü sistemlər ortaya çıxacaq.
Son daha əvvəl "super intellekt”in təxminən 10 ilə ortaya çıxacağını düşünürdü. Lakin CNBC-yə son açıqlamasında bu müddətdə daha ehtiyatlı davrandığını etiraf edib. İndi isə onun proqnozuna görə, insanlıqdan minlərlə dəfə daha ağıllı sistemlər növbəti iki il ərzində gündəlik həyata daxil ola bilər. O, hazırda özü də hər gün bir neçə saatını ChatGPT ilə işləməyə sərf etdiyini deyib.
Süni intellekt nəzarətdən çıxa bilərmi?
"OpenAI" bu mövzu ilə bağlı rəsmi şərh verməsə də, əvvəllər bəzi sistemləri öz səhvlərini düzəltmək üçün istifadə etdiyini qəbul edib. Digər tərəfdən, rəqib şirkət "Anthropic" bu sürətli inkişafla bağlı narahatlıq ifadə edir.
"Anthropic" nümayəndələri insan müdaxiləsi olmadan süni intellektin öz varisini yaratmasını riskli hesab edir və bu prosesin nəzarətdən çıxma ehtimalına qarşı laboratoriyaların inkişafı yavaşlatmalı və koordinasiyalı işləməli olduğunu bildirir.
"OpenAI" tədqiqatçıları isə bu yarışın ölkələr və şirkətlər arasında ciddi rəqabət yaratdığını və mövcud institutların bu sürətə ayaq uydurmaqda çətinlik çəkdiyini qeyd edirlər.
Aydın
Şərhlər