Xəbər lenti

BMW-dən oğurluq etdi, 9 ay
Ölkə 14:10 21.11.2025

BMW-dən oğurluq etdi, 9 ay "iş" aldı

Bakıda "BMW 750” markalı avtomobildən oğurluq edilib.

Qaynarinfo xəbər verir ki, avtomobildən 1700 manat oğurlanıb. Hadisəni törədən şəxs avtomobilin yan şüşəsini daşla sındıraraq pulları götürüb.
Ümumilikdə maşın sahibinə 2380 manat ziyan dəyib.

Avtomobilin sahibi hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs edilərək saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. 

Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, maddi ehtiyacları üzündən borca düşdüyünü və hadisəni də bu səbəbdən törətdiyini bildirib. 
Zərəçəkmiş şəxs isə ona dəymiş ziyanın ödənilmədiyinə baxmayaraq şikayətçi olmadığını deyib.

Məhkəmənin hökmü ilə müttəhim 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->