2026-cı ilə doğru irəlilədikcə dünyanın aparıcı səyahət platformalarında siyahılar gələn ilin səyahət trendlərini müəyyənləşdirəcək və turistlərin yeni marşrut planlarına ilham verəcək şəkildə dərc olunur.
Mədəni müxtəlifliyi, dinamik həyatı və dörd mövsüm davam edən cazibəsi ilə tanınan Türkiyənin məşhur metropolisi İstanbul isə qlobal səyahət xəritəsində öz mövqeyini daha da möhkəmləndirir. Şəhər "Səyahət üçün 50 ən yaxşı məkan”, "Avropada şəhər turları üçün ilk 5 istiqamət” və "Ailələr üçün ən əlverişli şəhər turları” kimi nüfuzlu siyahıların zirvəsində və ya əsas mövqelərində yer alıb.
Ən son olaraq isə İstanbul, yalnız oxucuların səsverməsi əsasında müəyyən edilən 2025 Wanderlust Reader Travel Awards mükafatlandırma mərasimində "Avropanın ən arzuolunan şəhəri” nominasiyasında Qızıl Mükafata layiq görülüb. Mərasim Londondakı Milli Qalereyada keçirilib.
Səs verən oxucular İstanbul haqqında "hər səfərdə yenidən təəccübləndirən şəhər” ifadəsini işlədərək onun daim yenilənən, canlı və zamanın axınına meydan oxuyan bir istiqamət olduğunu vurğulayıblar. Artan beynəlxalq tanınma fonunda İstanbul 2026-cı il üçün səyahət planlarına ilham verməyə davam edir və dünyanın ən cəlbedici şəhərlərindən biri kimi öz mövqeyini qoruyur.
İstanbula səfər edən hər kəs üçün şəhərin nəfəskəsən gözəlliyini ən dolğun şəkildə hiss etməyin ən unudulmaz yolu şübhəsiz ki, Bosfor körfəzində qayıq turuna çıxmaqdır. Dünya şöhrətli bu boğaz boyunca səyahət edərkən hər iki sahili boyu düzülmüş tarixi sahilyanı köşklər – zərif memarlığı ilə seçilən məşhur "yalılar” – şəhərin özünəməxsus siluetini daha da möhtəşəm göstərir və ziyarətçilərə unudulmaz İstanbul xatirəsi bəxş edir.
İstanbulun gizli incilərindən biri olan Böyükada və digər Prens adaları isə şəhərin gur ritmindən uzaq, sakitlik və təbiət qoynunda istirahət imkanı yaradır. Yaxşı hava şəraitində bu adalar şəhərin səs-küyündən uzaq, təmiz hava, rəngarəng mənzərə və mədəni ruhun harmoniyasını hiss etmək istəyənlər üçün ideal istiqamətə çevrilir.
İstanbulun cazibəsini artıran ən mühüm cəhətlərdən biri isə, şübhəsiz, onun zəngin mətbəxidir. MICHELIN ulduzlu restoranlardan tutmuş ən sadə, amma dadına söz olmayan küçə yeməklərinə qədər şəhərdə hər təam İstanbulun çoxşaxəli kulinariya irsini və yaradıcı qastronomiya mədəniyyətini əks etdirir. Səyahətçilər günə dünyaca məşhur türk süfrəsi ilə başlaya, klassik kabab və məzələrin dadına baxa, Bosfor sahillərindəki balıq bazarlarını gəzə və fasilə zamanı türk paxlavası və ya lokumu ilə müşayiət olunan türk qəhvəsindən zövq ala bilərlər.
İstanbulda görüləcək və yaşanacaq təcrübələri maksimum etmək istəyənlər üçün "Bucket List” geniş seçim imkanı və ilhamverici istiqamətlər təqdim edir.
Şərhlər