XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Beyləqanda elektrik yarımstansiyası yanır
Ölkə20:39 29.09.2026

Beyləqanda elektrik yarımstansiyası yanır

Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib.

Qaynarinfo “apa.az”a istinadla xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.
Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.