Xəbər lenti

Boris Conson parlamentdə istefasından sonra jurnalistikada iş tapdı - Media
Dünya 17:08 16.06.2023

Boris Conson parlamentdə istefasından sonra jurnalistikada iş tapdı - Media

Böyük Britaniyanın keçmiş baş naziri və İcmalar Palatasının keçmiş üzvü Boris Conson bundan sonra jurnalistika sahəsində çalışacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico Europe” mənbələrə istinadən yazır

Consonun Daily Mail üçün həftəlik köşə yazısı yazacağı qeyd edilir.

Qəzetin həmsöhbətləri bildiriblər ki, qəzetin cümə buraxılışının birinci səhifəsində görünən sirli "erudit yeni köşə yazarı” elanı Consona işarə edir. Elana görə, yeni köşə yazarı şənbə günü işə başlayacaq.

Mənbələrin sözlərinə görə, Conson köşə yazısı üçün "altı rəqəmli məbləğ” alacaq.

Consonun Mail-dəki işi onun 2019-cu ildə The Daily Telegraph-dan ayrıldıqdan sonra ilk müntəzəm jurnalist işi olacaq.

Bununla belə, Mail redaktorları yeni ulduz köşə yazarı xəbərindən məmnun olmaya bilər, belə ki, Consonun keçmiş həmkarları onunla işləməyin problemli olduğuna işarə edirlər.

Xüsusilə, Consonun keçmiş redaktorlarından birinin xatırladığı kimi, o, həmişə materialları vaxtında təqdim etmirdi.

Xatırladaq ki, iyunun 9-da Boris Conson Covid məhdudiyyətləri zamanı Daununq stritdə əyləncəli tədbirlərlə bağlı qalmaqal fonunda İcmalar Palatasının üzvü kimi istefa verdiyini açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->