Xəbər lenti

İdman 18:05 25.07.2023

“Borussiya” 29 yaşlı ulduzu transfer etdi

Dortmund "Borussiya"sı "Bavariya"dan avstriyalı ulduz Marsel Sabitzeri heyətinə qatıb.

Qaynarinfo-nun məlumatına görə, 29 yaşlı futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalandığı bildirilib.

Alman mətbuatında yer alan xəbərlərə görə, "Borussiya” bu transfer üçün "Bavariya”ya 19 milyon avro ödəyəcək.

Avstriya millisində meydana çıxdığı 71 oyunda 14 qola imza atan yarımmüdafiəçi ötən mövsümü icarə əsasında "Mançester Yunayted” də keçirib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->