Xəbər lenti

İdman 11:58 29.12.2023

"Borussiya"dan futbolçularına maraqlı qadağa

Almaniya Bundesliqası nəhənglərindən olan Dortmund "Borussiya"sı futbolçularına maraqlı qadağalar qoyub.

Qaynarinfo-nun məlumatına görə, klub futbolçuların artıq çəki yığmasının qarşısını almaq üçün müəyyən addımlar atıb. RTBF-də yer alan xəbərə görə Milad bayramı tətilindən artıq çəki yığıb qayıdan futbolçulara para cəzası kəsəcək.  Belə ki, futbolçuların maaşından hər bir kiloqram artıq çəki üçün 1000 avro kəsiləcək.  

Alman klubu bu mövsüm gözlənilən səviyyədə çıxış etmir. Tətilə beşinci pillədə yollanan komandanın 16 turdan sonra 27 xalı var.

Səbuhi Həsənov  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->