Xəbər lenti

İdman 13:48 18.02.2023

"Borussiya" xüsusi formalarını satışa çıxaracaq - Türkiyə üçün

Almaniya Bundesliqa komandalarından "Borussiya" (Dortmund) liqanın 21-ci həftəsində "Herta" ilə qarşılaşmada futbolçuların geyinəcəyi xüsusi dizaynlı qara rəngli formaları Kahramanmaraşda baş verən zəlzələlərdən əziyyət çəkənlər üçün hərraca çıxaracaq.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan açıqlama verilib. Açıqlamada Türkiyə və Suriyada baş verən zəlzələlərin artıq ən dəhşətli təbii fəlakətləri sırasında olduğu diqqətə çatdırılıb.

Klub zəlzələdən zərər çəkənlərə bir daha kömək etmək üçün bazar günü "Herta" ilə matçda futbolçuların geyinəcəkləri "xüsusi formaları" hərraca çıxarmağa qərar verib.

Həmçinin fanatlara Türkiyə və Suriyadakı insanlara kömək etmək üçün ianə çağırışı edilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->