XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyədə liseyə silahlı hücum: Bir şagird ölüb, 4 nəfər yaralanıb (YENİLƏNİB/VİDEO)
Dünya10:36 22.09.2026

Türkiyədə liseyə silahlı hücum: Bir şagird ölüb, 4 nəfər yaralanıb (YENİLƏNİB/VİDEO)

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 şagird ölüb.

Qaynarinfo "A Haber"ə istinadən xəbər verir ki, bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində daha 4 nəfər yaralanıb.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

09.48

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin önündə silahlı hücum törədilib.

Qaynarinfo xəbər verir ki, hadisə Niyazi Üzmez Anadolu Texniki Liseyinin qarşısında baş verib.

İlkin məlumata görə, silahlı hücum zamanı dörd şagird yaralanıb. Hadisədən dərhal sonra əraziyə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hücumun ardından məktəbin qarşısında insanların toplaşdığı bildirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi və yaralıların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat verilməyib. Türkiyə rəsmilərinin insidentlə bağlı yeni açıqlama verməsi gözlənilir.

Aydın