Xəbər lenti

Braziliya millisini Mourinyo çalışdıracaq?
İdman 22:52 03.01.2024

Braziliya millisini Mourinyo çalışdıracaq?

Portuqaliyalı məşqçi Joze Mourinyo Braziliya millisini çalışdıra bilər.

Qaynarinfo-nun məlumatına görə bu barədə Braziliya mətbuatında yer alan xəbərlərdə bildirilib.

Yığmaya yeni məşqçi axtarışında olan Braziliya Futbol Federasiyası "Roma” ilə müqaviləsi başa çatacaq mütəxəssislə anlaşmaq niyyətindədir. 

İndiyə qədər "Real"ın baş məşqçisi Karlo Ançelottinin adı məhz Braziliya millisi ilə yanaşı çəkilsə də bu baş tutamayacaq. Çünki italyan mütəxəssis bir neçə gün öncə komandası ilə müqavilə müddətini 2026-cı ilə qədər uzatdı. Açelottinin bu "Sürpriz"indən sonra Braziliya millisi ilə bağlı böyüyən xaos Mourinyo iddialarından sonra fərqli bir miqyas aldı. "Sport"da yer alan xəbərə görə, hazırda məhkəmənin təyin etdiyi auditor tərəfindən idarə olunan federasiya seçkidən sonra məhz portuqaliyalı ilə anlaşmaq niyyətindədir.
 
Hazırda müvəqqəti baş məşqçi, iyunda ABŞ-da başlayacaq Amerika Kubokunun sonunda müqaviləsi bitəcək Fernando Dinizin idarə etdiyi Braziliya millisi böyük ehtimalla turnirdən sonra onunla yollarını ayıracaq. Braziliya mətbuatında yer alan xəbərlərə görə, Mourinyo ilə üz-üzə gəlmək istəyən federasiya rəsmiləri onunla anlaşmaq üçün yollar axtarır. Mourinyonun bu təklifə cavabı artıq böyük maraqla gözlənilir.

Hazırda İtaliya A Seriyasında "Roma”nı çalışdıran mütəxəssisin adı bəzi Premyer Liqa komandaları ilə yanaşı hallansa da, 60 yaşlı məşqçinin müqavilə müddəti bu mövsümün sonunda başa çatacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->