Xəbər lenti

Dünya 18:00 31.01.2024

Britaniya Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi pulu Ukraynaya köçürməyə çağırır

Britaniya parlamenti hökuməti "Çelsi” futbol klubunun satışından əldə edilən dondurulmuş 2,5 milyard funt-sterlinqin (3 milyard dollardan çox) Ukraynaya köçürülməsi prosedurunu sürətləndirməyə çağırır. Əvvəllər bu klub rusiyalı oliqarx Roman Abramoviçə məxsus olub.

Bu barədə Qaynarinfo "The Guardian”a istinadən xəbər verir.

Müvafiq bəyanat Böyük Britaniya parlamentinin Lordlar Palatasının Avropa məsələləri üzrə komitəsində verilib. Komitə üzvləri satışın razılaşdırılmasından təxminən iki il sonra hökumətin hələ də pulu Ukraynaya göndərməməsini "anlaşılmaz” adlandırıblar.

"Çelsi FK-nın satışı zamanı Abramoviçin verdiyi vədin pozması ona və hökumətə pis təsir göstərir. Biz hökuməti dalana dirənmiş vəziyyətdən çıxmaq üçün bütün mövcud hüquqi rıçaqlardan istifadə etməyə çağırırıq ki, Ukrayna çox ehtiyac duyulan, vəd edilmiş və vaxtı keçmiş yardımı ala bilsin”, - komitənin rəhbəri Peter Riketts bildirib.

Britaniya Xarici İşlər Nazirliyi vurğulayır ki, "Çelsi”nin satışından əldə olunan pullar Roman Abramoviçlə hökumət arasında pulun dəqiq necə xərclənəcəyinə dair mübahisəyə görə bank hesabında dondurulmuş vəziyyətdə qalır.

Müstəqil ekspertlərin bu pulların idarə olunması və bölüşdürülməsi üçün fond yaradacağı gözlənilir. Bundan sonra fonda pul köçürmək üçün lisenziya alınmasına müraciət edilməlidir. 

Nəşrin qeyd etdiyi kimi, mübahisə ondan ibarət idi ki, Abramoviç pulun "Ukraynadakı münaqişənin bütün qurbanlarına və onun nəticələrinə” xərclənməsini istəyir, Britaniya hökuməti isə pulun xüsusi olaraq Ukraynada humanitar məqsədlərə xərclənməsini israr edir.

Qeyd edək ki, rusiyalı oliqarx Roman Abramoviç "Çelsi" futbol klubunu 2003-cü ilin yayında alıb. Rusiya Ukraynanı işğal etdikdən sonra o, sanksiyalara və Vladimir Putinlə əlaqələrə görə direktor vəzifəsindən uzaqlaşdırılıb.

Abramoviç 2022-ci ilin mart ayının əvvəlində "Çelsi"ni satdığını elan edib və əldə edilən vəsaitin Ukraynaya yardım fonduna keçəcəyini qeyd edib.
May ayında rusiyalı oliqarx futbol klubunu 5,4 milyard dollara satıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->