Yevlaxın Salahlı kəndində yerləşən orta məktəb qəzalı vəziyyətdədir.
400-dən çox şagirdin təhsil aldığı orta məktəbdə yaranmış vəziyyət valideynlərin narahatlığına səbəb olub.
Sakinlər bildirib ki, dam örtüyünün külək qoparan hissəsində yerləşən siniflər yağış yağan zaman su içində olur. Şagirdlərin rahat dərs keçməsi, demək olar ki, mümkünsüzləşir. Təbiət hadisəsinin yaradığı fəsaddan sonra məktəbin 7 sinfi bağlanıb, şagirdlər dəhlizdə dərs keçmək məcburiyyətində qalıblar.
Salahlı kənd sakinləri küləkli, yağışlı havalarda uşaqlarını məktəbdən saxlamaq məcburiyyətində qalırlar. Onlar təhsil ocağında baş verə biləcək təhlükədən daha çox ehtiyyat edərək, belə addım atdıqlarını bildiriblər.
Ətraflı
Salahlı kənd orta məktəbində küləkdən sonra yaranan çətinliyin nə vaxt aradan qaldırılacağını öyrənmək üçün adiyyəti qurumlara sorğu ünvanladıq.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Yevlax rayonu, Bəylər Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünün külək nəticəsində zədələnməsi ilə bağlı daxil olmuş müraciətlər Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən diqqətə alınıb. Məsələ qısa zaman ərzində həll ediləcək.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər