Xəbər lenti

Siyasət 14:42 25.09.2023

"Bu səfər regional, qlobal güclərə verilən mesajdır" - Natiq Miri

"Sülh müqaviləsi daha yaxındır. Çünki əsas əngəl olan Qarabağ məsələsi ortadan qalxmaq üzrədir. Belə olan təqdirdə, yeni görüşlər, yeni müzakirə predmetləri ortaya çıxıb ki, onun da nəticəsi olaraq iki qardaş ölkə rəhbərlərinin görüşünə ehtiyac yaranıb”.
 
Bunu Qaynarinfo-ya politooq Natiq Miri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana olacaq səfərini şərh edərkən deyib. Natiq Miri bildirib ki, regionda Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra yeni reallıqlar yaranıb, sülh prosesinin önü açılıb: 

"Ərdoğanın dördlük formatda görüş təklifi məsələsi də aktualdır. İlham Əliyevlə Ərdoğan arasında Naxçıvan görüşündə əsas müzakirə mövzusu bu olacaq. Azərbaycanın antiterror əməliyyatından sonra yeni orta dəhlizin açılması kontekstində Zəngəzur dəhlizinin xüsusi əhəmiyyət daşıması önəmli olduğundan tərəflərin müzakirəsinə ehtiyac var. Düşünürəm ki, iki qardaş ölkə rəhbərləri bu məsələləri ciddi götür-qoy edərək, bundan sonra atılacaq addımların yol xəritəsini müzakirə edərək hazırlayacaqlar”. 



Ekspertə görə, görüşün Naxçıvanda olması həm regional, həm də qlobal güclərə verilən müəyyən mesajdır: 

"Naxçıvan Azərbaycanı sevməyən bir çox ölkələrin xəyallara qapıldığı bir yerdir. Məhz Naxçıvanda yaradılan ən müasir hərbi hissənin iki qardaş dövlət başçısı tərəfindən açılışının edilməsi bu bölgə ilə bağlı xam xəyallara qapılan regional və qlobal güclərə, həm də Ermənistana ciddi mesaj olacaq. Bundan sonra ola bilsin dördlü formatın yaxınlarda təşkililə bağlı müəyyən informasiyaların sürətlənməsini də görə bilərik”. 

Qeyd edək ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Burda o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə lokal antiterror tədbirlərindən sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə ediləcək. Məlumata görə, müzakirələrdə Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də gündəmdə olacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->