Ölkə 13:15 11.08.2023

Bu yol 8 saatlıq bağlanır

Avqustun 12-si axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Qaynarinfo-ya verilən məlumata görə, buna səbəb sözügedən ərazidə yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləridir.

"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - məlumatda bildirilib.