Xəbər lenti

Buraxılış imtahanlarının nəticəsi neçə il qüvvədə qalır? - Rəsmi açıqlama
Ölkə 12:00 02.12.2025

Buraxılış imtahanlarının nəticəsi neçə il qüvvədə qalır? - Rəsmi açıqlama

"IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur".

APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, 2025-ci ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2026-cı ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər:

"Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->