Xəbər lenti

Bu il dörd metro stansiyasının tikintisinə başlanılacaq: Hansı ərazilərdə olacaq?
Ekonomiks 11:54 08.04.2026

Bu il dörd metro stansiyasının tikintisinə başlanılacaq: Hansı ərazilərdə olacaq?

Bakıda bu ilin sonuna qədər dörd yeni metro stansiyasının tikintisinə başlanılması planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, layihə çərçivəsində metronun "yaşıl xətti”nin genişləndirilməsi əsas prioritetlərdən biridir.

Yeni stansiyalar mövcud xəttin davamı kimi paytaxtın şimal və şimal-qərb istiqamətlərində yerləşəcək. Xüsusilə, Dərnəgül metro stansiyası ətrafından başlayaraq Xocəsən istiqamətinə qədər olan ərazilərin metro şəbəkəsinə inteqrasiyası planlaşdırılır. Tikinti işlərinə isə 2026-cı ilin sonuna doğru start verilməsi planlaşdırılır.

Qeyd olunub ki, layihənin maliyyələşdirilməsi üçün Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu maliyyə hesabına dörd yeni stansiyanın inşası nəzərdə tutulur.
--> -->